15 İyun – Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh, birlik və tərəqqi arzulayırıq !
About us
Qırmızı Ürəklər Fondu ehtiyacı olan insanlara dəstək olmaq və sosial layihələr həyata keçirmək məqsədilə fəaliyyət göstərən xeyriyyə fondudur. Təhsil, humanitar yardım və sosial dəstək layihələri ilə cəmiyyətə fayda verməyə çalışırıq.❤️
- Website
-
https://redhearts.az
External link for Red Hearts Foundation
- Industry
- Non-profit Organizations
- Company size
- 201-500 employees
- Headquarters
- Baku
- Type
- Nonprofit
- Founded
- 2019
Locations
-
Primary
Get directions
Nəsimi r-nu, Neftçilər pr. 153
Baku, AZ
Employees at Red Hearts Foundation
Updates
-
5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Qırmızı Ürəklər Fondu, Kapital Bank və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Sıfır Tullantı Həmrəylik Marafonu”na start verildi.🌍 Aksiya zamanı eko könüllülər Mingəçevir sahilində toplaşaraq əraziyə atılmış tullantıları topladılar və təbiətə qayğının kiçik addımlarla başladığını bir daha göstərdilər.💚 Daha təmiz gələcək üçün birlikdəyik! #WorldEnvironmentDay #RedHearts #SıfırTullantı #ETSN
-
Bayramın ən gözəl tərəfi paylaşmaqdır ❤️ Biz də Qurban Payı aksiyamızda 80 könüllü ilə bir araya gələrək 400 aztəminatlı ailəyə qurban payı çatdırdıq. Hər çatdırılan pay süfrələrə dəstək, ailələrə bayram sevinci oldu. Birbank üzərindən edilən ianələr sayəsində bu xoş təşəbbüs daha çox yerə yayıldı. Sən də növbəti aksiyalarımızda bizimlə birlikdə ürəklərə toxun 🙏 #RedHearts #Birbank #QurbanBayramı #QurbanPayı
-
İsmayıllıda “Qəhrəmanlar Bağı” aksiyası həyata keçirildi. 🌱🇦🇿 Qırmızı Ürəklər Fondu, Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyəti və PMD Group-un dəstəyi ilə təşkil olunan aksiya çərçivəsində Vətən uğrunda canından keçmiş 189 şəhidimizin əziz xatirəsinə 189 ağac əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, Kapital Bank və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinin yaşadılması ilə yanaşı, ölkəmizin ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır. #redhearts #qəhrəmanlarbağı #pmd
-
Hər bir uşağın öz sevimli dünyası var ❤️ 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Red Hearts olaraq Kapital Bank-ın dəstəyi ilə “Hər Şey Mümkündür” layihəsini həyata keçirdik. Layihə çərçivəsində Bir ekosistemi əməkdaşlarının övladları və Daun sindromlu uşaqlar bir araya gələrək “DanceAbility” metodikası ilə tanış oldular. Bu gün bir daha göstərdi ki, ələ-ələ verdikdə hər bir uşaq özünü ifadə edə, öyrənə, yarada və cəmiyyətin fəal bir parçasına çevrilə bilər. Çünki sevgi, dəstək və anlayış olan yerdə hər şey mümkündür ❤️ #RedHearts #HərŞeyMümkündür
-
Qurban Bayramının paylaşma və həmrəylik ruhunu birlikdə yaşadıq. ❤️ Red Hearts könüllüləri tərəfindən Azərbaycanın müxtəlif regionlarında yaşayan 400 aztəminatlı ailəyə qurban payları çatdırıldı. Paylanma prosesi 80 könüllünün iştirakı ilə həyata keçirildi. Toplanan ianələr Birbank platforması üzərindən həyata keçirilmişdir. Sizin dəstəyiniz sayəsində yüzlərlə ailənin bayram sevincinə ortaq olduq. Bu xeyirxah aksiyada dəstək olan hər kəsə təşəkkür edirik. Birlikdə daha çox ürəyə toxunmağa davam edəcəyik. 🫶 #redhearts #qurbanpayı #qurbanbayrami
-
-
-
-
-
+1
-
-
Bayramda hər evə sevinc yayılsın 🙏 Qarşıdan gələn Qurban bayramı ərəfəsində Qırmızı Ürəklər Fondu olaraq hər kəsi “Qurban Payı” aksiyasına çağırırıq. Sən də Birbank tətbiqi üzərindən ianə edərək öz dəstəyini göstərə bilərsən. Bayrama artıq lap az qalıb. Odur ki sən də bayram sevincini hər kəslə bölüşmək istəyirsənsə, elə indi Birbank tətbiqindən ianə et. Tətbiqi yüklə: https://onelink.to/tqwbkw #RedHearts #Birbank #QurbanBayramı #QurbanPayı
-
-
Qırmızı Ürəklər Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində Kapital Bank baş ofisindən 51 kq işlənmiş batareya toplanaraq zərərsizləşdirilməsi üçün “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib. 💚 2022-ci ildən davam edən layihə çərçivəsində ölkə üzrə 500-dən çox toplama məntəqəsi yaradılıb və indiyədək 4 tondan artıq işlənmiş batareya toplanıb. #redhearts #etsn #batareyalarıtəhvilvertəbiətiqoru
-
Qobustanın qədim qayalıqları əhatəsində keçirilən "Gobustan Trail" uğurla baş tutdu! 🏃♂️ Ümumilikdə 420 nəfərin qatıldığı yarışda iştirakçılar müxtəlif səviyyəli parkurlarda öz dözümlülüklərini sınadılar və unudulmaz anlar yaşadılar. Race.az tərəfindən təşkil olunan yarışın sosial tərəfdaş isə həmişə olduğu kimi Qırmızı Ürəklər Fondudur. ❤️ Ən gözəl tərəfi isə yarışdan əldə olunan gəlirin bir hissəsi “Onu Oxut” aksiyasına ianə edildi! #Redhearts #raceaz #gobustantrail